1. Bir yerdən başqa bir yerə aparılan mal və s.-dən alınan rüsum, vergi.
2. Qalibin məğlubdan aldığı təzminat, vergi.
3. Məcazi mənada: intiqam, qisas, əvəzçıxma.
Mahmud şaham, yetişmişəm mən cana,
Bac vermərəm sənin təkin düşmana,
Laf söyləmə, gəl girəlim meydana,
Var get burdan, mən Leylini vermərəm!
(“Leyli və Məcnun”)
*
Dosta şirin ola, düşmənə acı,
Hər kəsi öpüb verməyə bacı,
Cəhd edib olmaya düşmən möhtacı,
Dost həmdəmiynən bərabər gərək.
(“Dilsuz və Xəzangül”)